Xəbər lenti

Belarus prezidenti:
Dünya 14:10 18.02.2019

Belarus prezidenti: "Rusiya ilə torpaqlarımızı birləşdirməyə hazırıq"

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiya ilə birləşməyə hazır olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında danışan Lukaşenko açıqlamasında "İki dövlət və onun xalqları qüvvələrini birləşdirə bilər. Amma siz ruslar və belaruslar buna hazırsınızmı?", - deyə bildirib. 

Qeyd edək ki, Belarus 1991-ci ildə Sovet Respublikasından müstəqilliyini elan edib. Aleksandr Lukaşenko 1994-cü ildən bəri ölkəyə rəhbərlik edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->