Dünya 12:32 12.09.2020

Belarus qadınları bu gün meydanlara çıxacaq: “Rəfiqə rəfiqə üçün"

Belarus müxalifəti qadınları şənbə günü "rəfiqə rəfiqə üçün” yürüşündə iştirak etməyə çağırıb. 

Qaynarinfo xəbər verir ki, yürüş Minskin Azadlıq Meydanında saat 15:00-da başlamalıdır.

İştirakçılardan mümkün qədər çox səs-küy yaratmaq üçün təkcə repressiyaya məruz qalmış belarusların posterlərini deyil, fit, boru, qazan, çömçə də götürmələri də tövsiyə olunub.

"Bu, ən yüksək və ən kütləvi qadın yürüşü olacaq. Qoy bu dəfə bizi eşitsinlər", - Nexta Live telegram kanalındakı nəşrdə deyilir.

Alpər