Belarusda 3 jurnalist saxlanılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Belarus Araşdırma Komitəsi məlumat yayıb.
Saxlanılanlar BelPan xəbər agentliyinin əməkdaşı Tatyana Korevenkova, TUT.BY xəbər portalının baş redaktoru Marina Zolotova və həmin saytın müxbiri Anna Kaltıginadır.
Onlar "BelTA" dövlət informasiya agentliyinin məlumat bazasına icazəsiz giriş etməkdə (hakker hücumu) ittiham olunurlar.
Əməliyyat Belarus Teleqraf Agentliyinin ödənişli abunə sistemindəki boşluqlar haqqında yayımladığı hesabatından sonra açılan cinayət işi üzrə istintaqın bir hissəsi kimi həyata keçirilib.
Şərhlər