Foto 16:37 29.10.2020

Bərdə qətliamı: Müharibədə ölmədi, dərman alarkən vuruldu... (FOTOLAR)

Ötən gün Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşə tutması nəticəsində həlak olanlar dəfn edilib.

"Anadolu” agentliyi dəhşətli qətliamda həyatını itirənlərlə vida mərasimini işıqlandırıb.

Həlak olan Fazil Hacıyevin qardaşı bildirib ki, o, 1993-cü ildə müharibədə ölməyib, aptekdən dərman alarkən vurulub.
 
Qeyd edək ki, Fazil Hacıyevin oğlu hazırda cəbhədədir, atasının ölümündən xəbəri yoxdur.