Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi Sergen Yalçın koronavirusa qalib gəlib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin son analizinin nəticəsi mənfi çıxıb.
Onun sabahdan öz vəzifəsinin başında olacağı bildirilib.
Qeyd edək ki, S.Yalçında sentyabrın 17-də koronavirus aşkarlanmışdı.
Şərhlər