Xəbər lenti

Beynəlxalq Bankının rəhbərliyində yeni təyinatlar
Ekonomiks 16:01 09.04.2018

Beynəlxalq Bankının rəhbərliyində yeni təyinatlar

Bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib. 

Qaynarinfo banka istinadən xəbər verir ki, toplantıda Bankın bu ilin I rübünwn maliyyə nəticələri, daxili komitələrinin tərkibi və əsasnamələri, qurumun təşkilati strukturu, İdarə Heyətinə (IH) 2 yeni üzvün qəbulu və cari məsələlərə baxılıb.

Qeyd edilib ki, Azərbaycan dövlətinin dəstəyi ilə sağlamlaşdırma prosesini uğurla başa çatdırmış ABB hazırda yeni inkişaf mərhələsindədir. Bankın kapital mövqeyinin bərpası, dayanıqlılığı, gəlirliliyi təmin olunub. Görülən işlərin müsbət nəticəsi kimi, ABB 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub. Ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutu kimi bankın fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması, idarə edilməsinin müasir korporativ standartlar əsasında təşkili, kadr siyasətinin təkmilləşdirilməsi və s. istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı kimi, MŞ-nın iclasında bankın daxili komitələrinin tərkibi və onların yeni əsasnamələri təsdiqlənib. ABB-nin təşkilati strukturunun optimallaşdırılmasına, institusional inkişafı məqsədilə qabaqcıl təcrübəyə uyğun bir neçə ixtisaslaşmış struktur bölmənin yaradılmasına, bəzi struktur bölmələrin isə yenidən təşkilinə qərar verilib.

İclasda Bankın İH sədrinin müavini Aqşin Əmirov İH-nin üzvü və Baş risk inzibatçısı təyin edilib. Nəbi Əliyev isə İH-nə üzv qəbul edilməklə İH sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.

Bildirilib ki, ABB-nin gələcək fəaliyyət strategiyasının hazırlanması istiqamətində iş gedir, strateji hədəflərə nail olmaq, bankın ən mükəmməl xarici təcrübəyə uyğun dayanıqlı inkişafını təmin etmək üçün bütün imkanlardan istifadə ediləcək.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->