Beynəlxalq festivalda “Leyli və Məcnun” operası nümayiş olunacaq

Beynəlxalq festivalda “Leyli və Məcnun” operası nümayiş olunacaq

Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası nümayiş olunacaq.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Təyyar Bayramov deyib. Onun sözlərinə görə, tamaşa 18-24 sentyabr tarixində ənənəvi "Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı” çərçivəsində təqdim olunacaq:

"Musiqi günü ilə bağlı festivala hazırlıqlar gedir. Tədbirdən məlumatlıyam. Festival çərçivəsində  gündəmdə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operasının tamaşası var. Mən də Məcnunun atası rolunda çıxış edəcəm”.

O bildirib ki, məcnun rolu Əməkdar artist Elnur Zeynalov, Leyli rolunu isə müsabiqə qalibi Rəvanə Əmiraslanlı canlandıracaq. 

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X