Dünyanın ən varlı adamı, Amazon şirkətinin baş direktoru Cef Bezos planetdəki iqlim dəyişikliyini həll etmək üçün Yer Fondunun yaradılacağını açıqlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, instagram hesabında yazıb. Milyarder 2020-ci ilin yayında qrant verməyə başlayacaq. Bu məqsədlə Bezos 10 milyard dollar ayıracaq.
Biznesmen araşdırılan bütün metodları inkişaf etdirmək, iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə mübarizə aparmaq üçün yeni üsullar tapmaq niyyətində olduğunu bildirib.
Ayrılan vəsaiti alimlər, fəallar, habelə qeyri-hökumət təşkilatları alacaq.
Camal
Şərhlər