“Bibiheybətdəki sürüşən yolda tikintiyə hələ başlanılmayıb” (RƏSMİ)

“Bibiheybətdəki sürüşən yolda tikintiyə hələ başlanılmayıb” (RƏSMİ)

"Bibiheybət qəsəbəsindəki sürüşümə qeydə alınan yolda tikintiyə başlanması dəqiq deyil”.

Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, hələlik ərazidə geoloji kəşfiyyat işləri aparılır:

"Geoloji kəşfiyyat işi yekunlaşsandan sonra hesabat hazırlanmalıdır. Həmin hesabat əsasında layihə hazırlanacaq və aidiyyatı üzrə təqdim ediləcək. Layihəyə əsasən, maliyyə vəsaiti ayrılacaq və yalnız bundan sonra təmir-bərpa işlərinə başlanacaq. Geoloji kəşfiyyat işləri yekunlaşmamış bu barədə nəsə fikir yürütmək olmaz”.

Mətbuat katibi qeyd edib ki, geoloji kəşfiyyat işləri bu həftənin sonunadək yekunlaşacaq:

"Bundan sonra 2-3 gün ərzində layihənin hazırlanması, işlənilməsilə bağlı aidiyyatı qurumlarla razılaşdırma aparılacaq.

Ümumilikdə təmir-bərpa işlərinin nə qədər davam edəcəyi dəqiq deyil. Bu 3 ay da çəkə bilər, 4 ay da. Hər şey işlərin gedişindən asılı olacaq”.

Sürüşmə ərazisindəki yolun bərpasının hansı şirkət tərəfindən aparılacağına gəlincə, Anar Nəcəfli deyib ki, geoloji kəşfiyyatdan bitdikdə hansı işlərin aparılacağı müəyyən ediləcək:

"Bundan sonra hansı işlərin görülüb-görülməyəcəyi məlum olacaq. Təmir-bərpa işləri ya bizim öz gücümüz hesabına həyata keçiriləcək ya da hər hansı şirkət tərəfindən icra ediləcək. Hazırda ərazidə təmizlik işləri aparılır. Təmizlik işlərinin aparılmasında həm Agentliyin əməkdaşları, həm də "Körpübinatikinti” şirkətinin əməkdaşları iştirak edir. Yəqin ki, qarşılıqlı iş çərçivəsində təmir-bərpa işləri də birgə aparılacaq”.

Qeyd edək ki, noyabrın 24-də Bibiheybət qəsəbəsindəki yolda sürüşmə qeydə alınıb. Ərazi təhlükəli olduğu üçün yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR