Dünya 21:00 20.09.2020

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütovlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək", - o suala cavabında bildirib.