Dünya 11:54 16.09.2020

Bill Qeytsin atası vəfat etdi

Məşhur xeyriyyəçi və Microsoft-un qurucusunun atası Vilyam Qeyts vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Bill Qeyts öz blogunda məlumat verib. Onun yazdığına görə, atası öz ailəsinin əhatəsində, öz evində dinc şəkildə dünyasını dəyişib.

Bill Qeyts mesajında atasının onun həyatındakı rolunu vurğulayaraq Microsoft-un ilk illərində hüquqi yardımını və xeyriyyə işinə verdiyi yüksək töhfəni qeyd edib.

"New York Times" qəzetinin yazdığına görə, ata Geyts ölümünə altseymer səbəb olub.

Alpər