Xəbər lenti

Bina evlərində yaşayanların kommunal borcları ləğv olunacaq?
Ölkə 21:03 01.02.2018

Bina evlərində yaşayanların kommunal borcları ləğv olunacaq?

"Bakıda Mənzil Tikinti Koorperativlərinə məxsus yaşayış binalarında sakinlərin kommunal borcları ləğv oluna bilər. MTK rəhbərləri bu barədə qərar qəbul edə bilər”.

Bunu BAKU.WS-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bir neçə gün əvvəl "AAAF Park”da yaşayan sakinlərin kommunal borclarının ləğv edilməsi barədə qərarı şərh edərkən bildirib.

"AAAF park"ın təsisçisi Tofiq Heydərov yeni qərar qəbul edərək 2017-ci il dekabr ayının 31- nədək sakinlərin şirkətə olan bütün komunal borcunu və istiliyə görə olan boclarını ləğv edib.

Bundan başqa, işıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilməsi də qərarda öz əksini tapıb.
Məsələ burasındadır ki, "AAAF Park”da yaşayan sakinlərdən bəzilərinin borcu olsa da bütün binalara elektrik enerjisinin verilişi dayandırılmışdı.
"AAAF Park” rəhbərliyinin borcların silinməsi barədə qərarını müsbət qarşılayan Ramil Osmanlı qeyd edir ki, bu təşəbbüsə müxtəlif formada rəng versələr də digər MTK-lara örnək ola biləcək addımdır.

"Hər hansı tikinti şirkəti yarı sahibkarlıq subyektidir. Onlardan belə addımın atılmasını tələb etmək sahibkarlıq fəaliyyətlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Kommunal məsələlər müvafiq icra hakimiyyəti orqanlarına bağlı olan məsələlərdir. Əgər tikinti şirkəti yaranan borcları ləğv edibsə, deməli şirkət müvafiq icra hakimiyyəti orqanlarına borcu öz cibindən ödəyəcək”, - deyə ekspert bildirdi.

Ramil Osmanlı bir neçə abonentə görə bütün binaya elektrik enerjisinin verilməsinin dayandırılmasının qanun pozuntusu olduğunu dedi.
"1,5 və ya 10 abonentə görə digər sakinlərin kommunal xidmətlərdən istifadəsini məhdudlaşdırmaq qanunvericiliyi pozmaqdır. Vətəndaş kommunal xidmətlərdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə müqavilə bağlayır. Borcunu vaxtında ödəyirsə, onun işığını necə kəsmək olar?”, - deyə ekspert qeyd etdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->