Ölkə 10:29 22.08.2019

Prezident Nağıyevə general-leytenant rütbəsi verdi

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

 
Sabir Nağıyev 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyırdı.