Ekonomiks 13:40 27.01.2021

Bir ay əvvəl yaradılan şirkət nizamnamə kapitalını 500 dəfə azaldır (FOTO)

1 ay əvvəl yaradılan "BAF İNVEST" MMC nizamnamə kapitalını 500 dəfə azaldır.

Qaynarinfo rəsmi məlumatlara istinadən xəbər verir ki, nizamnamə kapitalı 50 min manat olan şirkət qanuni məsuliyyətini 100 manata endirmək qərarına gəlib. 

Şirkətin qanuni təmsilçisi Xatirə Həsənovadır. Şirkət 16 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınıb. 

Orxan Əhmədli