“Bir gecədə 2 milyon izləyici ilə oyandım, küçədə gəzə bilmirəm”

“Bir gecədə 2 milyon izləyici ilə oyandım, küçədə gəzə bilmirəm”

İtalyan aktyor, müğənni və moda dizayneri, "365 gün” filmindən sonra Azərbaycanda da kifayət qədər populyarlaşan Mikele Morrone Türkiyənin "Hürriyet” qəzetinə müsahibə verib. 

Qısa müddətdə karyerasını beynəlxalq səviyyəyə daşıyan aktyor sözügedən filmdəki Don Massimo Torricelli rolundan sonra həyatının dəyişdiyini bildirib.

"Filmin nümayişindən sonra bir gecədə 2 milyon yeni izləyici ilə (hazırda instaqramda 12 milyon izləyicisi var) oyandım və hazırda küçədə gəzə bilmirəm. Uğurlu bir aktyor olduğum zaman həyatım dəyişdi. Buna görə şöhrət daha böyük məsuliyyət və daha az azadlıq çətinliyi ilə gəldi. Alış-veriş mərkəzlərinə və ya restoranlara getmək artıq mümkün deyil”,- deyə aktyor qeyd edib. /"Qafqazinfo” 

X
XƏBƏRLƏR
BLOGLAR