Bir gündə eyni qaz xəttini iki şirkət zədələdi:  2 minə yaxın abonent qazsız qaldı

Bir gündə eyni qaz xəttini iki şirkət zədələdi: 2 minə yaxın abonent qazsız qaldı

Şamaxı rayonunda qazıntı işləri zamanı zədələnən qaz xətti bərpa olunandan bir qədər sonra başqa bir təşkilata məxsus texnika ilə təkrar olaraq yarasız hala salınıb.

"Azəriqaz” İB-dən verilən məlumata görə, bu gün səhər saatlarında Şamaxı rayonunun Cabanı kəndi ərazisində "Çuxuryurd-Sabir” polietilen qaz xətti qazıntı işləri aparan texnika ilə qırılıb.

Nəticədə 9 kənddə təxminən 2 minə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Saat 16:00 radələrində bərpa işləri tamamlanıb. Lakin bir qədər sonra həmin qaz xətti digər bir şirkətin texnikası ilə başqa bir yerdə - Şamaxı rayonunun Sabir qəsəbəsində təkrar zədələnib. Yenə də təqribən eyni sayda abonentin qaz təchizatında fasilə müşahidə olunur.

Bərpa işləri görülür.
XƏBƏRLƏR
BLOGLAR