Ölkə 10:22 24.06.2021

Bir-iki aya Füzuli, Cəbrayıl üzrə mina xəritələri alına bilər

"Növbəti vəzifələrimiz Füzuli, Cəbrayıl rayonlarının minalanmış sahələrin xəritələrinin əldə olunmasından ibarət olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu istiqamətdə qarşılıqlı fəaliyyətlər və danışıqlarda fasilə verilməyib:

"Lakin Ermənistanda keçirilən seçkilər bu prosesin bir müddət ertələnməsinə də səbəb ola bilər. Amma nəticə etibarı ilə proseslərin yaxın bir və iki ay ərzində daha sürətlə inkişaf edəcəyinə, o cümlədən xəritələrin əldə edilməi ilə bərabər sərhədlərin delimitasiyasının da sürətlənəcəyi ehtimal olunur”.

Bahar Rüstəmli