İdman 17:45 14.09.2021

Aşağı liqalarda iştirak edəcək komandaların sayı müəyyənləşdi

Futzal üzrə Birinci Liqanın 2021-2022-ci il mövsümündə iştirak edəcək komandaların adları müəyyənləşib.
 
Qaynarinfo Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qalib adı uğrunda 14 komanda mübarizə aparacaq.
 
Ölkə çempionatında "Şuşa" MFK, "Zəngilan", ADBTİA, "Standard", "Forza Neftçi", "Metropoliten", "Dəstə Ordubad", "Arenda.az", "Star Karqo", "Ulduz", "Qarabağ Füzuli", PASO FK, "Yasamal" İSK, "Baku Fire-2" iştirak edəcək.
 
Birinci Liqada mövsümə 7-8 oktyabrda start veriləcək. 
 
Oktyabrın 10-da startı veriləcək İkinci Liqada da eyni sayda komanda olacaq. İştirakçılar bunlardır: "Tim Sport", "Baker Tilly", "Advokat", "Atletiko Baku", "Borçalı", "Rəvan", "Dalğa", "Zülfüqar", "Bibi-Heybət", "Baku Fire-3", "Star Karqo-2", "Azərsu", "Xan Lənkəran", "İSMA M.A Baku"
 
Səbuhi Həsənov