Ədəbiyyat üzrə 2019 Nobel Mükafatının qalibi Peter Handke qınağa tuş gəlib. O, 1990-cı illərdə Yuqoslaviya Vətəndaş Müharibəsi zamanı serb qüvvələrinin yanında olan və müsəlmanlara qarşı ağır cinayətlərə görə məsuliyyət daşıyan Slobodan Miloşeviçə dəstək olduğu üçün qınanır.
Qaynarinfo konkret.az-a istinadən xəbər verir ki, siyasətçilər və yazıçılar Nobel Komitəsinə sərt reaksiya göstərib. Təxminən 60 min nəfərin imzaladığı bir petisiya ilə "Balkan qəssab”ı Slobodan Miloşeviçə dəstək olan Peter Handkeyə ödül verilmə qərarının geri götürülməsi tələb olunur. Petisiyanın dekabrın 10-da İsveçin paytaxtı Stokholmda keçiriləcək təqdimetmə mərasimində verilməsi planlaşdırılır.
Qərar geri götürülməzsə Handke Nobel mükafatının sahibi olmaqla yanaşı təxminən 1 milyon dollar mükafat da alacaq.
Nobel Komitəsinin sədri Anders Olsson isə bildirib ki, yazarın mükafatlandırılmasında məqsəd onun özü deyil, əsərləridir.
Şərhlər