Xəbər lenti

Sənət 22:40 30.01.2017

“Bizim Kino Günləri”nə yenidən start verilir

 Mədəniyyət və Turizm Nazirliyi ilə “Azəbaycanfilm”in ənənəvi layihəsi olan “Bizim Kino Günləri”nə start verilir.

“Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, kinosevərlərə bu layihə 2016-cı ildən tanışdır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ümumi işi olan ilk layihə - “Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanıb. Bu, Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub.

Bildirilib ki, tamaşaçılara kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu 4 fərqli film göstərilib.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?