Ekonomiks 10:11 15.11.2019

"Bizim Market"də yeni təyinat

Bizim Market və Novas Home mağazalar şəbəkəsinin marketinq departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub. 

Qaynarinfo xəbər verir ki, şəbəkənin yeni departament rəhbəri Pərviz Əzimovdur. 

Pərviz Əzimov bundan əvvəl bir sıra yerli və xarici şirkətlərdə marketinq direktor vəzifəsində çalışıb. O eyni zamanda Azərbaycanın ilk online reklam platforması olan Adsgarden.com platformasının həmtəsisçisidir.