Yeni yaradılmış, hələ kiçik olan biznes subyektini təzə dünyaya gəlmiş bir körpə kimi düşünün. Təbii ki, hələ az yaşı olan bu körpənin ilk ehtiyacı olan şey onun əlindən tutub böyüdüyü günəcən yanında olan, qoruyan, daim yeni məlumatlar verən, ətrafdakı insanlar barədə məlumatlandıran, həyatı boyu qarşısına çıxan "düşmən” amillərdən müdafiə edən, bəzi gecikmələri və ya tələsməli olduğu hər şeyi daim xatırladan bir dost, bir köməkçidir.
İndi isə əksinə, bu xəyal oyunundakı azyaşlını yeni yaranan bir biznes fəaliyyəti olduğunu düşünək. Bayaqkı körpəyə ehtiyac olan amillərin demək olar ki, hər biri bu biznesə də aiddir.
Vurğuladığımız bu "Dost və köməkçini” isə biz "ProİD - Biometrik əməkdaş!” adlandırırıq.
Uzun illərdir Azərbaycan biznes bazarında proseslərin avtomatlaşdırılması, böyük iş vaxtı, qeyri-dəqiq və qeyri-peşəkar amillərin aradan qaldırılması istiqamətində öz həlləri ilə seçilən Pronet-Prospect ERP şirkətinin ProİD həlli kiçik biznes proseslərindən böyük holding və koorporasiyalara qədər hər bir dövlət və özəl müəssisə daxilindəki insan resurslarını avtomatlaşdıraraq qısa müddət ərzində böyük işlər görmək qabiliyyətinə malikdir.
ProİD həllinin tərkibinə aid olan "Biometrik qurğular” modulu isə öz funksionallığı ilə müəssisə daxilində sanki işçi heyətində olmayan gözə görünməz əməkdaş rolunu oynayır. Məhz elə buna görə də biz ona Biometrik əməkdaş deyirik.
"Biometrik qurğular” modulunun əsas vəzifə öhdəliklərindən biri onun "ACCESS CONTROL” və "TİME CONTROL” kimi önəmli faktorları birləşdirərək "ACCESS-TİME CONTROL” şəbəkəsini yaratmasıdır. Bu sistemin köməyi ilə müəssisəyə giriş-çıxış edən hər bir əməkdaşın və gələn qonağın qeydiyyatı ilə yanaşı vaxt hesabatlarını da elektron şəkildə əldə etmək mümkündür.
Sistem müxtəlif səbəblərdən (məzuniyyət, xəstəlik, ezamiyyət, işdən ayrılma) yerində olmayan işçiləri məhz rəhbərliyin icazəsi ilə "birdəfəlik” və "daimi” qəbul edir. Bu funksiya özlüyündə müasir dövrdə geniş yayılmış "HOSTİNG” rolunu da oynaya bilir.
Biometrik qurğular modulunun sanki bir "gözətçi” fəaliyyəti isə onun çoxsaylı funksiyalarından biridir. Proqramın özünəməxsus keyfiyyətlərindən biri də onun "DANIŞAN” sistem olmasıdır. Belə ki, işə gecikmələr və yaxud iş saatından tez gəlmələr (overtime), vaxtından əvvəl ayrılmalar və s. bu kimi hər bir hərəkəti birbaşa bildiriş vasitəsilə göndərərək, hər zaman şirkətin idarə heyəti ilə qarşılıqlı ünsiyyətdə olmuş olur və həmçinin göndərilən əmr-siqnallara cavab kimi verilən göstərişlərə uyğun olaraq fəaliyyət göstərir.
"Biometrik qurğular” modulunun sadalanan funksiyalarından bəlkə də ən önəmli və zərurilərindən biri də "FİNGER PRİNT” özəlliyidir. Bildiyimiz kimi XXI əsr dövrünə qədər müəssisələr və biznes sahələrinə giriş-çıxış edənlərin qeydiyyatı müxtəlif vaxtlarda, ya qeydiyyat kitabçasına qol çəkməklə, ya müxtəlif kartlarla, ya da səsli giriş cihazları ilə idarə edilirdisə, "FİNGER PRİNT” funksiyası bunu - barmaq qeydiyyatı ilə təklif edir. Bu həmçinin müəssisə işçilərini əlavə xırda açarlar və icazə chimpləri kimi vasitələr gəzdirmək yükündən xilas edir, həm da vaxt itkisinə və qeyri-dəqiqliyə yol açan kağız-qələm qeydiyyatından birdəfəlik uzaqlaşmağa kömək olur.
"Qısa müddət və böyük dəqiqlik” prinsipiylə fəaliyyət göstərən "Biometrik qurğular” modulu kiçik biznes dövründən başlayaraq iri koorporasiya mərhələsinə qədər müəssisədə vəhdət, bir bütünlük yaradır və öz funksiyalarını rəhbərliyin istəklərinə uyğun olaraq genişləndirir.
Sonda yenə də haqqında danışdığımız azyaşlı körpə xatırlanır. Körpənin kiçik yaşlarından əlindən tutan dost artıq onun yetkin yaşlarında da yanındadır və əlini əvvəlkindən daha da möhkəm tutur. Həm də DAYANMADAN, BÖYÜYƏRƏK!
Şərhlər