Xəbər lenti

Bloomberg: Dünyada neftin qiymətini 3 şəxs müəyyənləşdirir
Ekonomiks 22:06 20.11.2018

Bloomberg: Dünyada neftin qiymətini 3 şəxs müəyyənləşdirir

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin "bir barel üçün 70 dollar bizi qane edir" sözlərini xatırladıb

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp dünya bazarlarında neftin qiymətini müəyyənləşdirir və bundan sonra da müəyyənləşdirməyə davam edəcək. Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir ki, bunu iqtisadi şərhçi Culian Li nəşrdə dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, OPEK neftin qiymətlərinə nəzarəti itirib. Çünki, Birləşmiş Ştatlar, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə OPEK-in qalan 15 üzvündən daha çox neft hasil edir.

Lİ vurğulayır ki, bu hər üç ölkənin ayrı-ayrı hədəfləri var. Onun fikrincə, rəsmi Ər-Riyad ölkə büdcəsini doldurmaq üçün neft hasilatını azaltmağa davam edəcək.

İqtisadi şərhçi hesab edir ki, Rusiya 2016-cı ilı nisbətdə hazırda daha az neft qiymətlərindən asılıdır və Rusiya neft şirkətləri artıq investisiya yatırımlarından qazanmaq istəyir.

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin "bir barel üçün 70 dollar bizi qane edir" sözlərini xatırladıb.

Li vurğulayıb ki, Trampın mövqeyi qeyri-müəyyəndir. Çünki, prezident səudiyyəli jurnalist Qaşıqçının qətli ilə bağlı qalmaqal fonunda Ər-Riyadla yaxşı əlaqələri saxlamaq istəyir. Lakin ölkə Senatı Ər-Riyada qarşı sanksiyaların sərtləşdirilməsini istəyir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->