Dünya 13:48 16.07.2019

BMT: 821,6 milyon insan aclıqdan əziyyət çəkir

BMT Dünyada Qida Təhlükəsizliyi və Qidalanma Vəziyyəti adlı hesabat yayımlayıb.

Qaynarinfo xəbər verir ki, hesbata görə, dünya əhalisinin 11%-i, yəni 821,6 milyon insan aclıqdan əziyyət çəkir. Afrikanın 20%-i, Asiyanın, 12%-i, Latın Amerika və Qərayib bölgəsində isə 7% insan aclıqla üz-üzədir. Təşkilat bildirir ki, qadınlar kişilərlə müqayisədə daha çox aclıq çəkir. 149 milyon körpə qidalanma ilə əlaqədar inkişaf problemi yaşayır.

BMT Dünya Qida Proqramının rəhbəri Deyvid Biizliyə görə, 2030-cu ilə qədər aclıq səviyyəsini 0%-ə çatdırmaq hədəflərinə nail ola bilməyəcəklər. İqlim dəyişikliyi, müharibələr 2015-ci ildən bəri insanlara qida tapmaqda daha böyük çətinlik yaradır. İki il əvvəl dünyada aclıqla üz-üzə 811 milyon nəfər var idi, hazırda bu rəqəm 821 milyondan çoxdur.

Gülşən