Xəbər lenti

BMT açıqladı: 4 ölkədə aclıq gözlənilir
Dünya 10:30 10.08.2017

BMT açıqladı: 4 ölkədə aclıq gözlənilir

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Komitəsi Yəmən, Somali, Nigeriyanın şimalı və Cənubi Sudanda 20 milyon insanın aclıqla üz-üzə qalacağını açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yayılan bildirişdə qıtlığın səbəbi adı çəkilən bölgələrdə baş verən müharibələrin olduğu deyilir. Komitə bu ölkələrdə baş verən proseslərdən narahat olduqlarını bildirib.

BMT ilk dəfədir müharibənin qıtlığa səbəb olduğunu əks etdirən mətnə imza atıb. ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Halley də bu fikirlə razılaşdıqlarını deyib.

Bildirişdə BMT katibi Antonio Quterresə dörd ölkəyə humanitar yardımın çatdırılması və tərəflərin buna mane olmaması üçün həll yollarının tapılması barədə tələb irəli sürülür.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->