Dünya 14:06 15.01.2022

BMT baş katibi koronavirusa qarşı peyvəndləmədən narazıdır

"Dünya əhalisinin koronavirusa qarşı peyvənd edilməsi prosesi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi cədvəldən xeyli geri qalır".

Qaynarinfo xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "omikron" ştamının yayılması dünya üçün koronavirusla mübarizənin yüksək prioritet olduğunu deməyə əsas verir:
 
"ÜST dünya əhalisinin 70%-nin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, biz bu məqsədlərə çatmağa yaxın deyilik".
 
Xəyal