Ölkə 23:12 28.01.2022

BMT-dən Azərbaycana təşəkkür

BMT Azərbaycana təşəkkür edib.

Qaynarinfo xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq mətbuat konfransında deyib.

F.Haq BMT büdcəsinə tam ödəniş etdiklərinə görə bir sıra ölkələrə, o cümlədən Azərbaycana təşəkkür etdiyini bildirib:

"BMT büdcəsinə ödəmələri müntəzəm olaraq edən dost ölkələr var. Mən BMT adından Əlcəzairə, Azərbaycana, Koreya Respublikasına, Birləşmiş Ərəb Əmirliklərinə və Vyetnama bu fəxri kürsüdən təşəkkür edirəm. Bununla da, BMT büdcəsinə tam ödəmələrini tamamlayan ölkələrin sayı 37-yə çatıb”

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?