Xəbər lenti

Ekonomiks 11:40 08.01.2021

BNA-dan dispetçerlərə xəbərdarlıq: marşrutlar axşam saatlarında niyə işləmir?

"Marşrut avtobusları üçün hansısa saata qədər işləmək barədə konkret vaxt müəyyən edilməyib. Lakin ən azından 23:30-a qədər işləməlidirlər". 

Bunu HİT.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, axşam saatlarında vaxtından tez fəaliyyətini dayandıran dispetçerlərə xəbərdarlıq edəcəklərini bildirib:

"Marşrutların qrafiki eyni deyil. İş saatı, interval sərnişin axınına görə tənzimlənir. Axşam pik saatlardan sonrakı intervallar təbii ki gündüz saatlarındakı intervalla eyni ola bilməz. Əgər gündüz saatlarında marşrutlar 5-6 dəqiqəlik intervalla işləməlidirlərsə, axşam bu interval 20-25, bəzən 30 dəqiqəyə qədər uzana bilər. Amma ümumiyyətlə işləməmələri başlıca problemdir və bununla bağlı xəbərdarlıq olunacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->