Xəbər lenti

BNA-dan qadın sərnişinin avtobus sürücüsünü döyməsinə münasibət
Video 15:17 19.03.2018

BNA-dan qadın sərnişinin avtobus sürücüsünü döyməsinə münasibət

Xəbər verdiyimiz kimi Bakıda 79 nömrəli marşrut avtobusunun sürücüsü qadın sərnişin tərəfindən ağır təhqirə məruz qalıb və döyülüb.
 
Bakı Nəqliyyat Agentliyindən (BNA) məsələyə münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev Qaynarinfo-ya açıqlamasında sərnişinlərin bu cür davranışlarının yolverilməz olduğunu və aidiyatı qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini təmin edəcəklərini söyləyib:
 
"79 nömrəli marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sistemi ilə çalışan xətlərdir. Bu xətt üzrə avtobus sürücülər BakıKart sisteminə qoşulan digər xətlərin sürücüləri kimi sərnişinlərlə münasibətdə etik davranış qaydalarına əməl etmələri ilə fərqlənirlər. Avtobusların təyin edilən sürət həddinə uyğun idarə edilməsi, dayanacaqdan kənar saxlama hallarına yol verilməməsi ilə bağlı tapşırıqlar maksimum dərəcədə əməl edilir. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi kurslardan keçən bu sürücülərə qarşı bəzi sərnişinləri tərəfindən belə hallara yol verilməsi əlbətdəki doğru deyil. Sürücü vəzifə öhdəliyini yerinə yetirib. Sərnişinin bu cür hərəkəti qəbul edilməzdir və ümid edirik ki, daşıyıcının müraciəti əsasında müvafiq qurumlar tərəfindən tədbir görülməsi təmin ediləcək".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->