İdman 11:10 08.08.2019

“Boka Xuniors” “Qarabağ”ın transfer təklifinə cavab verdi

Argentinanın "Boka Xuniors” klubu "Qarabağ"ın transfer təklifinə cavab verib.

Qaynarinfo xəbər verir ki, argentinalılar qapıçı Markos Diasın Ağdam klubuna keçidinə razılıq verməyib. Bu barədə Argentinanın "Grupo La Provincia” portalı məlumat yayb.

Qeyd edək ki, Markos Dias bu ilin yanvarında "Boka Xuniors”la 1,5 illik müqavilə bağlayıb. O, əvvəllər Argentinanın "Kolon", "Gimnasia y Esgrima" və "Hurakan" klublarında forma geyinib.