Xəbər lenti

Dünya 16:53 08.05.2019

"Boko Haram" 1 milyon uşağı valideynsiz qoyub

Nigeriyada İŞİD terror təşkilatının qolu Boko Haram ölkədə 1 milyondan çox uşağı valideynlərindən ayırıb.

Qaynarinfo xəbər verir ki, BMT Baş Assambleyasının rəhbəri Mariya Qarsiya ilə görüşən ölkə rəhbəri Məhəmməd Buhari bu barədə danışıb:

"Terror təşkilatının yaratdığı humanitar böhran nəticəsində 1 milyondan çox uşaq valideynlərindən xəbərsizdir. Hücumlar zamanı körpülər, məktəblər, xəstəxanalar, kilsələr, məscidlər və digər tikililər dağılıb. Digər tərəfdən, Çad gölünün qurumasından zərər görən 30 milyon insanın yarısı Nigeriyaya sığınıb. Nigeriyanın problemdən xilas ola bilməsi üçün beynəlxalq yardıma ehtiyacı var. İstənilən humanitar yardım məmnuniyyətlə qarşılanacaq".

Qarsiya isə BMT-nin Nigeriyaya vəziyyətdən xilas ola bilmək beynəlxalq dəstəyin artırılacağına söz verib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->