Dünya 10:18 22.10.2018

Boko Haram Nigeriyada 12 nəfəri öldürdü

Boko Haram terror təşkilatı Nigeriyanın Maiduquri əyalətinin Kalle ərazisində fermerlərə hücum edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 12 nəfər öldürülüb, 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıb. Bölgədə 1300 nəfər yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. 

Qeyd edək ki, Boko Haram 2009-cu ildən bəri təşkil etdiyi hücumlarda 20 mindən çox insanın ölümünə səbəb olub. Terror təşkilatı Çad, Kamerunda da hücumlar təşkil edir.

Gülşən