Foto 16:38 08.04.2020

Blokadadan sonra açılan Vuhandan görüntülər (FOTOLAR)

Çinin koronavirusun qeyri-rəsmi vətəninə çevrilən Vuhan şəhəri bu gün aprelin 8-də iki aylıq izolyasiyasını başa çatdırıb.

Qaynarinfo xəbər verir ki, buna baxmayaraq, şəhərdə vacib infrastrukturun dezinfeksiya edilməsi tədbirləri hələ də davam edir.

Qatar stansiyalarına və ictimai nəqliyyata xüsusi diqqət yetirilir. Buna oxşar tədbirlər metropolun faktiki olaraq 11 həftə davam edən blokadası zamanı xarici dünya ilə nəqliyyat əlaqələrində olan məhdudiyyətlərin indi tamamilə aradan qaldırılması ərəfəsində də görülür.

Vuhan şəhərində məhdudiyyətlərin qaldırıldığı son üç həftə ərzində Hubey əyalətinin paytaxtında yalnız üç yeni infeksiya qeydə alınıb. Rəsmi məlumatlara görə, virus 50 mindən çox yerli sakinə yoluxub, onlardan 2500-dən çoxu ölüb.
 
Alpər