Bona Dea Beynəlxalq Hospitalı yayılan iddialara cavab verdi (Mətbuat Konfransı)

Bona Dea Beynəlxalq Hospitalı yayılan iddialara cavab verdi (Mətbuat Konfransı)

Bona Dea Beynəlxalq Hospitalı 17 gün reanimasiyada yatan ağır xəstə Məmmədova Təbəssüm Rövşən qızının vəfatından sonra sosial şəbəkələrdə yayılan iddialarla bağlı bu gün mətbuat konfransı keçirib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, mətbuat konfransında Baş həkim Cabir Gülmalıyev və həkim heyəti iştirak edib.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı mayın 5-də qanhayxırma və son 20 gündə 8 kq arıqlama şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstə və yaxınlarının yazılı razılığı əsasında müvafiq müayinələr aparıldıqdan sonra xəstəyə "koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Tibbi onkologiyada bu durum təcili vəziyyət sayıldığından zaman itirmədən kimyəvi müalicə başlanıb. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində xüsusi izolyasiya olunan otağa yatırılıb və ona intensiv müalicə göstərilib:

"Məlum olduğu kimi, kimyəvi terapiyanın ən geniş yayılmış yan təsirlərindən biri neutropeniadır. Xəstədə də neutropenia və sepsis aşkarlanıb. Geniş spektrumlu antibiotik müalicəsi və intensiv müalicəyə baxmayaraq, xəstə ağciyər çatışmazlığından iyunun 25-də gecə saatlarında vəfat edib. Bona Dea Beynəlxalq Hospitalı növbəti gün səhər saatlarında 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızının cənazəsini yaxınlarına təhvil verib".

Baş həkim onu da qeyd edib ki, Bona Dea Beynəlxalq Hospitalı Təbəssüm Məmmədovanın cənazəsinin onun yaxınlarına təhvil verməkdən heç bir zaman imtina etməyib:

"Təbəssüm Məmmədovanın ölüm faktı qeydiyyata alınandan sonra dərhal cənazəsi səhər saatlarında ailəsinə təhvil verilib. Biz hətta bəzi nüansları nəzərə alaraq anasının xəstəmizi ziyarətinə hər gün şərait yaratmışıq ki, xəstənin səhhətinin canlı şahidi olsun. Bəziləri iddia edirlər ki, guya xəstəmiz öldükdən sonra günlərlə morqda saxlanılıb və ailəsinə təhvil verilməyib. Bunlar hamısı yalandır və texniki baxımdan da mümkün deyil. Bizim bütün proseslərlə bağlı görüntülərimiz var. Xəstənin morqa aparılması, atasının morqa girişi və digər bütün qeydlər var. Bütün bunlar hamısı yayılan iddiaların əsassız olduğunu göstərir. İyunun 25-də xəstə vəfat etdikdən sonra bəzi prosedurlar var ki, onlar həyata keçirilməlidir. Sosial şəbəkələrdə yayılan videolar və məlumatlar biz cənazəni təhvil verdikdən sonra üzə çıxıb”

Mərhumun ailəsinin qəbul etdiyi maliyyə öhdəliklərinə dair suallara cavab olaraq ki, Baş həkim bildirib ki, Bona Dea Beynəlxalq Hospitalının personalı xəstəni qəbul edən zaman maliyyə şərtlərini ailəsinə izah edib:

"Xəstənin yaxınları isə qeydiyyat zamanı "maddi problemimiz yoxdur, nə lazımdır olunsun” deyərək yazılı razılıq veriblər. Bununla belə, xəstənin və ailənin vəziyyəti nəzərə alınaraq, ciddi şəkildə endirim tətbiq olunub. Endirimdən sonrakı məbləğ tam ödənilmədən, sadəcə sənədləşmə və prosedurlar bitdikdən sonra iyunun 26-da səhər saatlarında cənazə yaxınlarına təslim edilib". 

Snda Bona Dea Beynəlxalq Hospitalının rəhbərliyi  mərhumun ailə üzvlərinə başsağlığı verib və onların dərdinə şərik olduğunu bildirib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image