İngiltərə 31 yanvar 2020-ci ilədək tamamilə Avropa İttifaqından ayrılacaq.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Boris Conson seçicilər qarşısında çıxışı zamanı deyib.
"Biz 31 yanvar tarixinə qədər "ancaq", "əgər" və ya "ola bilər"siz şəkildə brexiti gerçəkləşdirəcəyik. Birləşmiş Krallıq olaraq qanunlarımız, sərhədlərimiz, maliyyəmiz, ticarətimiz və immiqrasiya sistemimiz üzərində nəzarəti geri qaytarmaq üçün Avropa İttifaqını bütövlüklə tərk edəcəyik".
Hökumət başçısı həmçinin bildirib ki, dekabrın 12-si baş tutan parlament seçkilərinin nəticələri ikinci Brexit referendumu keçirmək təhlükəsinin olmadığını göstərir.
Qeyd edək ki, İngiltərədə keçirilən seçkilərdən sonra səslərin sayımı 2 məntəqə istisna olmaqla hazmısında tamamlanıb. Mühafizəkarlar 650 yerlik parlamentdə 363 deputatla təmsil olunacaqlar.
Camal
Şərhlər