Xəbər lenti

Boş qalan məmur postuna rəhbər təyin olundu
Ölkə 17:10 09.01.2018

Boş qalan məmur postuna rəhbər təyin olundu

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinə təyinat olub. 

Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, bu barədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov müvafiq əmr imzalayıb. 

Bu vəzifəyə 2013-cü ildən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olan Read Azər oğlu Qasımov təyin edilib.

Qeyd edək ki R.Qasımov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. Əmək faəliyyətini 1997-1999-cu illərdə beynəlxalq şirkətlərdə başlayıb, 1999-cu ilin sonunda dövlət qulluğuna qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində "Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi” şöbəsinin rəisi, 2003-cü ildən etibarən isə Komitənin Hüquq departamentinin direktoru vəzifəsində davam etdirib. Daha sonra 2006-ci ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdiri, 2006-cı ilin oktyabr ayından isə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini təyin edilib. 2009-2010-cu illərdə "Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin” baş direktoru, 2010-2013-cü illərdə "Turkapital Holding” şirkətinin Azərbaycanda nümayəndəliyinin direktoru vəzifələrində çalışıb.

Dövlət qulluğunun müşaviri dərəcəsinə malikdir. Evlidir, iki övladı var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->