Xəbər lenti

Dünya 15:56 22.11.2017

"Bosniya qəssabı"na hökm oxundu (FOTOLAR)

Srebrenitsa qətliamında günahkar bilinən "Bosniya qəssabı" ləqəbli serb komandir Ratko Mladiçə hökm oxunub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Hollandiyanın Lahey şəhərində Beynəlxalq Cəza Məhkəməsinin oxuduğu hökmdə Srebrenitsada baş verən hadisələr soyqırım adlandırılıb və Mladiç bu cinayətdə iştirakda günahkar bilinərək ömürlük azadlıqdan məhrum edilib. 

Hakim Alfons Orie "Srebrenitsa və ətraf ərazilərdə 1995-ci ildə soyqırım, zülm, cinayət və insanlıqdan kənar köç prosesi gerçəkləşdirilib" fikrini səsləndirib. 

Məhkəmə salonunda gülümsəməsi ilə diqqət çəkən Mladiç barmağı ilə "Hər şey qaydasındadır" işarəsi göstərib.
 
 

Qərardan əvvəl Bosnia və Herseqovinada insanlar şəhərdə quraşdırılmış ekranlarda prosesi anbaan izləyiblər. Paytaxt Sarayevoda "Bosniya qəssabı" əleyhinə plakatlar açılıb.
 
 

Qeyd edək ki, 1995-ci ildə 8 min müsəlman insan Mladiçin rəhbərlik etdiyi serb birlikləri tərəfindən qətlə yetirilib. Sarayevonun 44 ay davam edən mühasirəsi zamanı isə 10 mindən çox insan dünyasını dəyişib. 

Minlərlə insanın ölümünə, itkin düşməsinə, çox sayda bosniyalının yaxınlarını itirməsinə səbəb olan Ratko Mladiç 16 ildən sonra 2011-ci ildə tutulmuşdu. O, soyqırımla yanaşı digər 11 cinayətdə də ittiham edilirdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->