İdman 21:50 29.07.2021

Braziliyalı idmançı prezervativin hesabına çempion oldu - Tokio-2020

Braziliyalı qadın idmançı Cessika Foks Tokio-2020 Yay Olimpiya Oyunlarında qeyri-adi üsulla qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, 27 yaşlı kanoeçi üzərindəki prezervativin hesabına olimpiya çempionu olub.

Foks yarışın gedişində qayığın zədələnmiş hissəsini məhz qoruyucu vasitə ilə bağlayaraq, yekunda 105,04 saniyəlik nəticə ilə birinci yeri tutub.

Qeyd edək ki, Tokio-2020-nin iştirakçılarına prezervativ paylanılsa da, koronavirusa yoluxma təhlükəsinə görə ondan istifadə etməmək tövsiyə olunub.