Neftin qiyməti ABŞ-da yanacaq ehtiyatlarının azalması xəbəri fonunda yüksəlməyə davam edir.
Qaynarinfo xəbər verir ki, iyulun 29-da səhər Brent markası 0,35% bahalaşaraq 75 dollar/barelə yüksəlib. WTI markalı neftin qiyməti 0,39% artaraq 72,67 dollar/barelə çatıb.
ABŞ Energetika Nazirliyi daha əvvəl ölkədəki neft ehtiyatlarının keçən həftə 4,1 milyon barel azaldığını bildirmişdi. Eyni zamanda, 2020-ci ilin yanvarından bəri bu hədd minimuma çatıb. Bazar iştirakçıları bunun yanacağa artan tələbatdan qaynaqlandığını düşünür.
Mütəxəssislər dünyanın neft ehtiyatlarının 2021-ci ilin sonuna qədər azalacağını hesab edirlər. Eyni zamanda, koronavirusun yayılması hələ də bazara öz təsirini göstərəcək.
Alpər
Şərhlər