"Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 20:33 üçun 0,99 faiz artaraq 78,01 dollar/barel təşkil edib.
Qaynarinfo xəbər verir ki, saat 20:38 üçun artım zəifləyib və "Brent" markalı neft 78 dollar/barel səviyyəsində alınıb-satılıb.
Son dəfə "Brent" markalı neftin qiyməti 2018-ci ilin oktyabr ayında 78 dollardan yuxarı olub.
"WTI" markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 0,93 faiz artaraq 73,98 dollar/barel təşkil edib.
Şərhlər