"Brent" markalı neftin qiyməti 80 dollar/bareli ötüb.
"Report” "Gazeta.ru"ya istinadən xəbər verir ki, artım cari il mayın 22-dən ilk dəfədir qeydə alınıb.
Belə ki, "Brent" markalı neftin noyabrda qeyd olunan fyuçersləri 1,12 faiz artaraq 80,11 ABŞ dolları/barrel səviyyəsinədək bahalaşıb.
Eyni zamanda WTI markalı neftin oktyabr fyuçersləri 2,31 faiz artaraq 70,85 dollar/barel həddinə çatıb.
Şərhlər