Xəbər lenti

Dünya 09:39 19.09.2020

Britaniya Kraliçasının itləri müəmmalı xəstəliklə üz-üzə

Kraliçanın itləri bir neçə gün gəzintisiz qalıb. II Yelizavetanın yay tətilindən sonra gəldiyi Sandriqhamda müəmmalı bir xəstəlik davam edir. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Daily Stars” yazıb.

Ətrafdakı meşələrdə gəzdikdən sonra heyvanlar süst olur, heç nə yemir, xəstələnir. Yerli sakinə məxsus köpəklərdən biri artıq ölüb. Daha iki heyvan çətinliklə sağalıb.

Ev heyvanlarını riskə atmamaq üçün kraliça onları yalnız qayışlarda gəzdirmələrini və ətrafdakı meşələrə buraxmamalarını əmr edib.

II Yelizavetanın itləri korqi cinsindəndir. Sahibləriylə birlikdə hər yerə səyahət edirlər və bu yay da bir yaşayış yerindən o birinə köçüblər.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?