Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.
"Report”un əldə etdiyi məlumata görə, Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.
Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.
Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.
Şərhlər