Xəbər lenti

Siyasət 14:02 22.04.2021

Bu, ancaq proporsional seçki sistemi sayəsində mümkündür - VHP

"Parlament ölkənin siyasi palitrasının əsasında formalaşmalıdır və bu, ancaq proporsional seçki sistemi sayəsində mümkündür”.

Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O bildirib ki, bu baxımdan seçki sisteminin dəyişdirilməsi ara-sıra müzakirə olunur:

"Və hakim komandanın bu müzakirələri nəzərə alıb müsbət qərar qəbul etməsi yaxşı olardı. II Qarabağ Savaşı dönəmində ölkədə yaranmış milli həmrəylik mühiti iqtidar-müxalifət münasibətlərinin normallaşması ilə davam etdirilir. Proses yetərincə sürətli olmasa da, təqdirəlayiq məqamlar var və bu alqışlanmalıdır. Ölkə siyasi sistemində əks qütblü siyasi qüvvələr arasında münasibətlərin lazımi səviyyəyə gətirilməsi üçün parlamentin formalaşması prinsipi mühüm faktordur”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?