Bu ay işsizlərə yenə 190 manat veriləcək? (AÇIQLAMA/VİDEO)

Bu ay işsizlərə yenə 190 manat veriləcək? (AÇIQLAMA/VİDEO)

Ölkədə xüsusi karantin rejiminin yanvarın 31-dək davam etməsi sosial şəbəkələrdə işsiz vətəndaşlara 190 manatın yenidən verilib-verilməyəcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, sərtləşdirilmiş karantin rejimi uzadılacağı təqdirdə yenidən 190 manat verilə bilər.

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə hələ ki, bununla bağlı qərarın olmadığını bildirib:

"Yanvar ayında işsiz vətəndaşlara birdəfəlik ödəmənin veriləcəyi haqda məlumat yoxdur. Bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən qəbul olunur".

Qeyd edək ki, sərtləşdirilmiş karantin 14 dekabr-18 yanvar tarixlərini əhatə edir və 190 manat dəstək də bu tarixlər üçündür.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR