Bu binaların hamısı sökülməlidir, orada yaşamaq risklidir... (RƏYLƏR)

Bu binaların hamısı sökülməlidir, orada yaşamaq risklidir... (RƏYLƏR)

"Təkcə Bakı şəhəri üzrə üç mindən çox beşmərtəbə var”.

Bunu Qaynarinfo-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Azərbaycanda köhnə mənzillərin və panelli beşmərtəbəli binaların sökülməsi və yerində müasir standartlara cavab verə biləcək binların tikintisi ilə bağlı proqramından danışarkən deyib. 

Onun sözlərinə görə, köhnə binlaraın sökülməsi və yeniləri ilə əvəz olunması prosesi əvvəlki illərlə müqayisədə iki dəfə düşüb:
 

Nüsrət İbrahimov

"Son 3 ayda təzə özülü qoyulan bina qeydiyyata alınmayıb. Ona kimi ayda bir bina qeydiyyata alınırdı. Proqram ümumilikdə dəstəklənir. Bakı şəhərində, demək olar ki, mənzil fondunun hardasa 50%-i köhnəlib. Bu binalar həm fiziki cəhətdən, həm də sosial baxımdan ömrünü başa vurub. Binalar hamısı dəyişdirilməlidir. Orada yaşamaq riskdir. Həm italiyan, həm alman layihələri, "xurşovka”lar, "gecəqondu”lar və s. bir sözlə fiziki cəhətdən yararsız olan evlər sökülməlidir. Onlar günün tələbinə cavab vermir. İkinci bir tərəfdən hər il əhalinin sayı artır. Onları da təmin olunmalıdır. Amma hələ tikinti sektoru əhalini tam təmin edə bilmir. Təkcə Bakı şəhəri üzrə 3 mindən çox beşmərtəbə var. Söküntü işləri bu sürətlə davam eləsə, hardasa bizə 15-20 il vaxt lazımdır. Sovet dövründən qalan binlar çoxdur. Onları dəyişməyə ilk öncə maliyyə, zaman və sonra işçi qüvvəsi lazımdır. Köhnə binaların da arasında fərq var. 9 mərtəbələrin ömrünə çox var, onlar 1970-ci illərdə tikilib. Amma daha təhlükəli evlər əsasən iki, 3 və 4 mərtəbəlilərdir. Həmin binlar 1930-cu illlərdə tikilib və birmənalı olaraq dəyişməlidir. Qaldı ki, 5 mərtəbəli evlərə, onlar sosial baxımdan günün tələbinə cavab vermir”.
  
"Vecon" Qiymətləndirmə şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Orucun fikrincə, proqram Bakı Şəhər İcra Hakimiyyəti ilə dövlətin müvafiq strukturlarının razılaşdırılmış proqramıdır:


Vüqar Oruc

"Proqramda nəzərdə tutulurdu ki, uzun müddət istifadə olunan artıq köhnəmiş binalar sökülüb yeniləri ilə əvəz olunmalıydı və bunun üçün tenderlər elan olunmalıydı. Bu proqram əvvəllər dövlət hesabına həyata keçirilirdi. İndisə beynəlxalq qlobal maliyyə böhranından, həm devalvasiya, həm də pandemiyadan sonra bu tipli layihələrin həyata keçirilməsi çətinləşəcək. Amma bununla belə, həm dövlət büdcəsində, həm də yeni iş yerlərinin yaradılması ilə bağlı dövlət proqramlarında müvafiq məsələlər nəzərə alınıb. Yəqin ki, bu cür layihələrin müəyyən vokal cərçivəli davamaiyyəti gözlənilir və Bakı şəhərinin müxtəlif ərazilərində 5, 4 və 3 mərtəbəli binaların əvəz olunması prosesi davam etdiriləcək. Son dövrdə baş verən hadisələrdən sonra hər hansı dəyişikliyin, yaxud da müəyyən qədər vaxt etibarı ilə prosesin daha sonra dayanacağını demək yəqin hələ tezdir. Hazırda bununla bağlı hər hansı qərar yoxdur. Binaların sökülməsi və yenisi ilə əvəzlənməsi layihəsi illərin məsələsidir. Dövlət öz hesabına, yaxud da elan etdiyi tenderler hesabına bu layihəni davam etdirsə, proses illərlə uzanacaq. Yeni binaların tikilməsindən, tenderin elan olunmasından, inşaat işlərinin başa çardırılmasından söhbət getmir. Eyni zamanda həmin binalar müvafiq dövlət strukturları tərəfindən yoxlanılıb qəbul olunmalıdır. Həmin evlərdə yaşayan insanların müvafiq evlə təmin olunması, kompensasiyaların verilməsi məsələləri var. Bu vaxt aparan proseslərdir”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image