Bu, çox xüsusi bir yer olacaq... – Hərbi ekspert

Bu, çox xüsusi bir yer olacaq... – Hərbi ekspert

"Bu muzey Qarabağ müharibəsinin qələbəsini özündə əks etdirəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Zəfər Muzeyi və Memorial Kompleksin yerləşəcəyi məkanla bağlı danışarkən deyib. O bildirib ki, Azərbaycanın keçdiyi yolu gələcək nəsillər bilməlidir:
 
 

"Bu cür mühüm, əhəmiyyətli məsələlər ölkə başçısı, silahlı qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Prezident sərəncam və fərmanların icra prosesinə özü də nəzarət edir. Qələbəmizlə bağlı olacaq bu muzey şəhərimizin ən gözəl yerlərindən birində olacaq. Parkı və böyük xatirə kompleksi olacaq ki, oranı həm xarici qonaqlar, həm də xalqımızın bütün vətəndaşları ziyarət edəcək. Bu, həm memarlıq, həm də əzm və möhtəşəmlik baxımından çox xüsusi bir yer olacaq".

Emin Həsənli hesab edir ki, bu, nəinki qələbəni, hətta Azərbaycanın keçdiyi qəhrəmanlıq yolunu özündə əks etdirəcək:

"Biz hamılıqla həmin muzeylə qürur duyacağıq. Hesab edirik ki, bu, vacib və zəruridir. Tariximizi gənc nəslə çatdırmalıyıq. Hər kəs Azərbaycan xalqının nə qədər qəhrəman, nə qədər vətənpərvər olduğunu görməlidir. Gələcəkdə həmin muzeydə böyük tədbirlər keçiriləcək və qələbə günləri daima anılacaq". 

Qeyd edə ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yerləşəcəyi yer məlum olub. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Bakının əsas prospektlərindən biri hesab olunan Nobel prospektində yerləşəcək. Sözügedən prospektlə Ağ şəhər bulvarı arasında olan boş ərazidə yeni park salınır ki, muzey və kompleks də həmin parkda qurulacaq. 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR