Xəbər lenti

Bu çoxmərtəbəlilərdə yaşayanlar ölümlə üz-üzədir (VİDEO)
Video 21:15 18.10.2018

Bu çoxmərtəbəlilərdə yaşayanlar ölümlə üz-üzədir (VİDEO)

Söhbət çoxmənzilli binaların zirzəmilərindən gedir. Təbii ki, zirzəmi demək olarsa.

Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, bəzi çoxmərtəbəli binaların zirzəmilərində antisanitar vəziyyət hökm sürür, üfunətli qoxu isə baş çatladır.

Bircə o qalır ki, sözügedən zirzəmilərdə qayıqla gəzəsən.

Sakinlər evlərində çatların əmələ gəldiyini deyirlər. Belə davam edərsə, binaların çökmə təhlükəsi var.

Sakin: "Düzdür, gəlib baxıblar, deyiblər qurunt sularıdır binanın altına yığılan. Ancaq bu qurunt suları deyil. Orada kanalizasiya sistemi pozulub və bu vəziyyət yaranıb".

Sakin: "Çuqun torbadır, patlayıb. Hamısı axır bura. Pəncərəni də aça bilmirik. Üfunət iyi evə gəlir. Qışda biz burda ağcaqanad dərmanı yandırırıq". 

Səməndər Maqsudov - Sakin: "Mən binanın altına girmişəm, bir dənə kubik qalıb. 2 kubikdən 40 santimetrlik divardı. Amma keçin baxın, görəcəksiz ki, orada bir dənə kubik var, onunda yarısı suyun təsirindən gedib".

Bəzi binaların zirzəmilərinə düşmək belə mümkünsüzdür.

Əfqan Ağamalıyev - Sakin: "Heç bir tədbir görülməyib. Mənim borcumdu, düşəni götürə bilərəm. Bloku təmizləyə bilirəm, blokun qabağın təmizləyə bilirməm. Amma zirzəmini təmizləməyə gücüm çatmaz".

Sakinlər üçün əlçatmaz olan Mənzil İstismar İdarəsinin qapıları heç müxbirin də üzünə açılmayıb.

Siyəzən Rayon İcra Hakimiyyətindən isə sözügedən məsələyə Sukanal İdarəsinin cavabdeh olduğunu deyiblər. Məlumatı isə yalnız telefon vasitəsilə verilib.

Eldar Cabbarov - Regional Sukanal İdarəsinin sahə rəisi: "Xırda-xırda görürük o işləri. Planlaşdırılıb, gündəmdə var. Məlumat da verilib. Hazırda da 50-ci binada iş görülür. 51-ci binada da kanalizasiya xətti dəyişmişik. Yəni, hissə-hissə edirik".

Ümid edək ki, xırda-xırda görülən işlər böyük problemlərə yol açmaz. Sakinlər deyir ki, problemlərin vaxtında həll edilməməsi müxtəlif xəstəliklərin yayılması və binaların çökməsi ilə nəticələnə bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->