Ekonomiks 13:40 08.08.2020

Bu da hökumət üçün qısa fəaliyyət proqramı... - Natiq Cəfərli

"Siyasi islahatlar lazımdır".

Qaynarinfo xəbər verir ki, bunu iqdisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu gün problemlərin həlli iqtisadiyyatda deyil:

"Bəli, bu gün problemlərin həlli artıq iqtisadiyyatda deyil, siyasətdədir, idarəetmə sistemindədir, təbii inhisarların dərdi formasında deyil də, məzmunundadır.
 
Xarici investora "lox” kimi baxmaqla sərmayə cəlb etmək mümkün deyil, investorlar üçün bir neçə vacib məsələ var: 

1. Ölkənin ÜTT-yə üzv olması, 

2. Məmləkətin Avropa Birliyi ilə saziş bağlaması, 

3. Ədalətli və azad məhkəmə sistemi, 

4. Öz çərçivəsindən çıxmayan hüquq-mühafizə orqanları və tez-tez dəyişməyən vergi və gömrük qaydaları, 

5. İnvestora yönəlik təşviq addımlar".

Natiq Cəfərlinin fikirincə, bu 5 vacib məsələnin həyata keçməsi üçün isə siyasi islahatlar lazımdır:

"İqtisadiyyata atılan hər hansı bir addım bərbad idarəetmə sisteminə dəyərək çilik-çilik olacaq. İdarəetmənin baxışı, fəlsəfəsi dəyişməsə, iqtisadi tədbirlərin effekti olmayacaq.

Vəssalam – bu da hökumət üçün qısa fəaliyyət proqramı".

Bahar Rüstəmli