Bu əlamətlər böyrək xəstəliklərindən xəbər verir

Bu əlamətlər böyrək xəstəliklərindən xəbər verir

Böyrək xəstəlikləri adətən heç bir ağrı olmadan inkişaf edib son mərhələyə çatır. Daha sonra isə sidikdə qan və şiddətli ağrı kimi simptomlarla müşahidə olunur.

Qaynarinfo medicina.az-a istinadən bildirir ki, başlanğıcda heç bir simptom olmadan irəlilədiyi üçün böyrək xəstəliklərinə tutulmamaq üçün əvvəlcədən tədbirlər görmək, müntəzəm yemək və bəzi qidalardan qaçmaq lazımdır.

Bəs böyrək xəstəliyinin əlamətləri nələrdir?

Özünüzü yorğun və bitkin hiss edirsinizsə
Böyrəklərin işləmə funksiyası azaldıqda qan təmizlənə bilməz və qanda zərərli maddələr artır. Bu da insanlarda halszılığa səbəb olur. Bundan başqa böyrək xəstəlikləri anemiyaya səbəb olur və bu da öz növbəsində zəifliyə gətirib çıxarır.

Yata blmirsinizsə
Böyrəklər qanı lazımi səviyyədə təmizləyə bilmədikdə, zərərli maddələr qana keçməyə başlayır. Bu da öz növbəsində yuxu bilməməsi problemini gündəmə gətirir.
 

Dəriniz qurudur və qaşınırsa
Böyrəklər qandakı mineral və qida maddələrini tarazlaya bilmədikdə, dəridə quruluq və qaşınmaya səbəb olur.

Tez-tez ayaqyoluna gedirsinizsə

Böyrək filtrlərinin zədələnməsi tez-tez sidik ifrazına səbəb olacaq. Xüsusilə gecə saatlarında ayaqyoluna çıxmaq böyrək xəstəliyinin xəbərçisi ola bilər.

Sidikdə qan görünərsə
Böyrək filtrlərinə ziyan dəydikdə qan hüceyrələri sidik yoluna daxil olmağa başlayır. Sidikdən gələn qan böyrəklərin müntəzəm işləmədiyini və ya müxtəlif infeksiyaların olduğunu göstərir.

Ayaqlarınız şişərsə
Böyrək funksiyası azaldıqda, bədəndə natrium tutulmaları əmələ gəlir. Bu, əllərin və ayaqların şişməsinə səbəb olur.
XƏBƏRLƏR
BLOGLAR